Sağlıq

Alçanin xeyrini bilirdiniz?

Alçanin xeyrini bilirdiniz?
Alça ağacı 3-10 metr hündürlüyündə olub, ağ-çəhrayı rərgli çiçəklər açır. Alça ağacları öz çiçəyini yazın ilk günlərində açır və qısa bir zamanda çiçəklər kiçik meyvələrə dönür.

Sfera.az immunitet.az-a istinadən bildirir ki, yay aylarında meyvələr tam yetişir və avqusta qədər meyvə mövsümü tam bitir.Alçanın müxtəlif növləri var və növlərindən asılı olaraq onların hamısının dadı turşməzə olur. Alçanın vətəni Qafqaz ərazisi və Orta Asiya hesab edilir. Alça yağsız və dietik meyvə hesab edilir.
100 qram alçanın qida dəyəri:
- Zülallar - 0,2 qram
- Yağlar - 0,1 qram
- Karbohidratlar - 8 qram
- Su - 89 qram
- Kaloriliyi - 30 kKal.
Alçanın tərkibində PP, A, B1, B2, C, E vitaminləri, kalum, maqnium, natrium, fosfor, dəmir var. Alça həm təzə, həm də qurumuş halda orqanizm üçün çox faydalıdır. Bu meyvə hamilə qadınlara, boyunun uzanmasını istəyən adamlara, uşaqəmizdirən analara çox faydalıdır. Təzə sıxılmış alça şirəsi ilə kamfora qarışımını yaralara sürtdükdə yaralar tez sağalır. Qaraciyər, böyrək xəstəliklərində, impotensiya zamanı alça çiçəklərindən hazırlanmış dəmləmə çox faydaladır. Alçanın çəyirdəyindən alınan yağın tərkibi badam yağının tərkibinə çox yaxındır. Alça çəyirdəyindən alınan yağın tərkibi qlükozid, benzol aldehidi, sinil turşusu ilə zəngindir.Alça çəyirdəyindən alınan yağdan kosmetologiyada sabun hazılamaq üçün istifadə edilir. Alça aşağıdakı xəstəliklər zamanı çox faydalıdır:
- Soyuqdəymə
- Böyrək xəstəlikləri
- Cinsi zəiflik
- Qəbizlik
- Hepatit
- Xolisistit.
Alçanın Ziyanı
Həddindən çox alça yemək mədə-bağırsağın qıcıqlanmasına və mədə turşuluğunun artmasına səbəb ola bilir.
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31