Albert Eynşteyn xəstə oğlunu tərk edib ABŞ-a qaçıb — Faktlar və Fotolar

Albert Eynşteyn xəstə oğlunu tərk edib ABŞ-a qaçıb — Faktlar və Fotolar
Dünyanın ən ağıllı alimlərindən biri olan Albert Eynşteynin də şəxsi həyatı barədə bilinməyən və ya çox az adamın bildiyi faktlar var.

Sfera.az olke.az-a istinadən bu gün oxucularına Albertin övladları haqqında məlumat verəcək.

Eduard Eynşteyn Albertin oğlu olub. Onun ömrü isə psixiatrik klinikalarda keçib. Mileva Mariç Albert Eynşteynin ilk arvadı olub. Cütlük universitetdə tanış olub. Mileva zəkası ilə Albertin diqqətini cəlb edə bilmişdi. Əslində Mileva da böyük alim ola bilərdi. Amma həyatın çətinliklərinə sinə gərməli olduğu üçün özünü ailəsinə həsr etdi. Cütlüyün toydan əvvəl Lieserl adlı bir qız övladı dünayaya gəldi. Ehtimal edilir ki, Albert və Mileva bu qızı başqa bir ailəyə övladlığa verib.

Toydan sonra isə onların iki oğlu, Hans və Eduard dünyaya gəldi. Amma Albert və Mileva xoşbəxt ailə qura bilmədilər və boşandılar.

Eduard şizofreniya xəstəsi idi. O, uzun illər psixiatrik klinikada qalıb və müalicə olunub. Müalicələr o qədər ağır idi ki, Eduard ömrünün son illərində danışmağı da unutmuşdu.

Erkən yaşda dünyasını dəyişən Eduard atasını heç vaxt bağışlamayıb. Çünki Albert Almaniyadan ABŞ-a köçdü və bir daha geri qayıtmadı.

"Eduardı görmək, ölmək” deyən Eynşteyn çox böyük alim olsa da, oğlunun qəlbində böyük bir yara kimi qaldı…

OXŞAR XƏBƏRLƏR