Aktyor Müşfiq 2 ay öncə doğulan uşağını hələ də görə bilmir - SƏBƏB
17:28 / 10.04.2019
3551
Azərbaycanlı aktyor Müşfiq Şahverdiyev yeni dünyaya gələn oğlunu hələ də görə bilməyib.
Aktyor bu barədə sosial şəbəkədəki səhifəsində deyib. O bildirib ki, buna səbəb xanımı Aynurə Mövsümovanın oğlu Muradı Ukraynada dünyaya gətirməsidir.
Həkimlər Xarkov Milli İqtisad Universitetinin tələbəsi olan A. Mövsümova hamiləlik dövründə təyyarəyə minməsinə icazə verməyib və doğuş orada baş tutub.
M. Şahverdiyev isə ötən gün övladı və xanımını Bakıya gətirmək üçün Ukraynaya gedib.Lent