“Aksiz markasız siqaret biznesindəki milyonlar…” – Gömrük Komitəsi hara baxır?

“Aksiz markasız siqaret biznesindəki milyonlar…” – Gömrük Komitəsi hara baxır?
 

Dövlət Gömrük Komitəsi vaxtaşırı qaçamalçılığa qarşı apardığı mübarizə ilə bağlı mətbuata açıqlamalar verir. Mediaya verilən məlumatlarda üstünlük təşkil edən malların başında qanunsuz olaraq ölkəyə gətirilən və xüsusi məkanlarda satılan siqaretlər gəlir.


Görünən odur ki, bu yöndə həyata keçirilən tədbirlər gözlənilən nəticələri vermir. Hər halda qara bazarda aksiz markası olmayan tütün məhsullarının kütləvi satışı belə düşünməyə əsas verir.


İqtisadçı ekspert Nazim Bəydəmirli mövzu ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, heç bir ölkə inzibati yolla qaçaqmalçıığa qarşı tam nəticə ədə edə bilməyib və bu ölkəmizə də aiddir: "Odur ki, dövlət qurumları bunun qarşının almağın iqtisadi yollarını təmin etməlidi.İstehsalını asanlaşdırmaqla, çoxaltmaqla, yerli istehsalda monopoliyanın qarşısını almaqla, qiymətləri aşağı salmaqla elə etməlidir ki, xaricdən qaçaqmalçılıq yolu ilə bazara çıxarılan məhsulların satışı səmərəli olmasın. Buna görə də elektron ticarəti inkişaf etdirmək, şəffaflığı artırmaq lazımdır”.

 

Ekspert onu da vurğuladı ki, aksiz markasız siqaretlərin ölkəyə girişində Gömrük Komitəsinin məsuliyyəti böyükdür: "Axı bu qədər mal ölkəyə təsadüf nəticəsində daxil ola bilməz. Yaxud, bu qədər malı vətəndaşlar onlar üçün ayrılmış kvota üzrə ölkəyə daxil edə bilməz. Odur ki, bu məsələdə şəffaf fəaliyyəti şübhə altında qalan qurum Dövlət Gömrük Komitəsidir”.

 

Rəşad


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...