Akşenerdən Ərdoğana Binəli Yıldırımla bağlı maraqlı təklif:\"Şentopu istefaya göndər, gəl, onu yenidən spiker seçək\"
16:48 / 10.04.2019
2843
Bu gün CHP-nin qərargahında Kamal Kılıçdaroğlu ilə yenidən görüşən İYİ Partiyanın lideri Meral Akşener prezident Ərdoğana maraqlı təklif verib.
O, İstanbuldakı seçki gərginliyindən çıxış yolu kimi parlament sədrliyinə yenidən seçki keçirilməsini istəyib.
Akşener Ərdoğana xitabən fikirini belə tamamlayıb: "Cənab Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopu dərhal istefaya göndər, yerinə Binəli Yıldırımın namizədliyini irəli sürün. Biz də ona səs verərik”.Strateq