Vidadi İsayevin qapısını təpiklə açan iş adamı və balıq vətəgələri...

Vidadi İsayevin qapısını təpiklə açan iş adamı və balıq vətəgələri...

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarovun məhkəməsində indiyə qədər gizli saxlanılan bir sıra dəhşətli cinayətlər araşdırılmaqdadır. 

Faktlar və şahid ifadələri MTN generalının rəhbərliyi altında törədilmiş qanunsuzluqların üstünün açılmasına yardımçı olmaqdadır. Bununla belə, Akif Çovdarovun rəhbərliyi altında həyata keçirilmiş bütün qanunsuzluqların məhkəmə prosesində açılacağını düşünmək də sadəlöhvlük olardı. Bütün bunların geniş ictimaiyyət üçün tam olaraq açılması üçün zaman lazımdı, hər halda Savash.org-un elektron ünvanına göndərilmiş, bir qədər sonra oxuyacağınız faktlar da belə düşünmək üçün əsas yaradır ki, biz hələ daha neçə-neçə şok faktlarla tanış olacağıq. İndi isə faktlarla tanış olaq....

Öncə bir məqamı vurğulayaq ki, Bakıda Akif Çovdarova məxsus villaların söküldüyü, biznes və digər fəaliyyət sahələrinin əlindən alındığı bir ərəfədə Bərdədə MTN generalına bağlı olduğu iddia edilən istehsal sahələrinin fəaliyyəti daha da genişlənir.

İcra başçısı Akif Çovdarovla işbirliyində: Vidadi İsayevin qapısını təpiklə açan iş adamı və balıq vətəgələri...Savash.org-u məlumatlandıran mənbənin bildirdiyinə görə, MTN generalı Akif Çovdarovun qanunsuz əməllərinin bir ucu da Bərdəyə gedib çıxır. Belə ki, Akif Çovdarovun Bərdə rayonu, əsasən də rayonun Samux kəndi ərazisində 100 (bir yüz) hektara yaxın süni balıqyetişdirmə gölləri var. Həmin göllər qurulanda isə torpaqdan istifadə haqqında qanunun müvafiq maddələri ciddi şəkildə pozulmuşdur.

Bundan əlavə, həmin göllərə görə Bərdə rayonunun Samux və Mirzəcəfərli kəndləri ərazisində 500 hektara yaxın əkin sahəsi uizun illərdir ki, ciddi şəkildə, su qıtlığı ilə üzləşmiş və sahibkarlar xeyli ziyan çəkmişlər və çəkməkdədirlər. Çünki, bu kəndlərin torpaq sahələrini suvarmaq üçün Böyük Qarabağ kanalından ayrılan suyun xeyli hissəsi Akif Çovdarovun həmin göllərinə axıdılır. Bundan əlavə, Bərdə ərazisində su qıtlığını aradan qaldırmaq üçün, dövlət vəsaiti hesabına qazılan artezianların beşi qanunsaz olaraq bu göllər yerləşən ərazidə vurulmuşdur. Suvarma suyu və torpaqla əlaqədar ən müxtəlif ünvanlara yazılan çoxsaylı şikayət ərizələri baxılmaq üçün dəfələrlə rayon rəhbərliyinə göndərilsə də onlar bir qayda olaraq cavabsız qalıb. 

Savash.org-u məlumatlandıran mənbə iddia edir ki, uzun illərdir həmin göllərdə ildə iki min tona yaxın çəki və digər qiymətli balıq növləri yetişdirilərək satilır: "Burada görülən bütün işləri, əsasən Samux kənd sakini Şəfiyev Vüqar və onun qardaşı İmran yerinə yetirir. Akif Çovdarovun (həbsxanada olmasına baxmayaraq) maliyəsi və rəhbərliyi ilə görülən həmin işlərdən əldə olunan gəlirlər vergidən yayındırılaraq tamamilə mənimsənilir. Eyni zamanda istifadə olunan torpaq, su və elektrik enerjisi üçün dövlət və bələdiyyə büdcəsinə heç bir manat da vəsait ödənilmir. Həmin göllərin bir çoxunda asetrin balığı da yetişdirilir. İldə 300-350 ton asetrin balığı məhz Çovdarova məxsus obyektlərdə, əsasən Bakı və Bakı ətrafında satılaraq pula çevrilir”.

Mənbə daha sonra bunları yazır: "Burada həm də balıqlara iynə vurmaqla kürü də alınır və həmin kürünün bir hissəsindən xüsusu akvariumlarda mümkün olan ən qısa müddətdə balıq yetişdirilir. Bir satış vahidi, təxminən bir litr hesabı ilə, yeni alınan həmin balıq sürfələri (adi gözlə çətinliklə seçilən halda) 150-200 dollara satılır. Balıqçılıq sahəsində bu ən gəlirli işlərdən biridir, bəlkə də birincisidir. Bu işlərin görülməsi üçün xüsusi olaraq mütəxəssislər gətirilir. Hazırda həmin göllərdə 400 ( dörd yüz) tondan çox asetrin balığı var”.

Mənbə bildirir ki, Akif Çovdarov həbs olunduqdan sonra burada işlər bir qədər axsasa da sonradan hər şey əvvəlki axarına düşüb: "Çovdarov "ilişəndən” sonra Vüqara tapşırılmışdı ki, həmin balıqların izini itirsin. Bunun üçün asetrinləri xüsusi göllərdən digər göllərə, hətta balıqların tələf olmasına da fikir vermədən hara gəldi axıtdılar. Lakin, çox keçmədi işlərini yoluna qoya bildilər. Bununla yanaşı Çovdarovun maliyyəsi hesabına orada tikinti-quraşdırma işləri davam etdirilir. Son aylar işlər daha sürətlə aparılır. Rayonun Ərəblər kəndi ərazisində də sünii balıqyetişdirmə gölləri və zeytun bağları salınmışdır. Bu iri həcmli işlərin görülməsi üçün on milyonlarla manat pul vəsaitinin xərcləndiyi bildirilir”.

Məlumata görə, bütün bu işlərin başında dayanan Şəfiyev Vüqar Akif Covdarovun humayəsi altındadır və hazırda Çovdarovun oğlunun bilavasitə nəzarəti altında fəaliyyət göstərir. Akif Çovdarovun Bərdədəki əsas adamı kimi təqdim edilən Vüqar Şəfiyevin hətta fövqəladə hallar naziri Kamaləddin Heydərovun adından istifadə etdiyi, onunla guya şərik olması haqda fikirlər irəli sürdüyü də daxil olan məlumatlat arasındadır. Məlumatlarda həmçinin bildirilir ki, Vüqar Şəfiyev Bərdə RİH başçısı Vidadi İsayevlə də olduqca isti manasibətlərə malikdir. 

Bəzən isə Bərdənin icra başçısı Vidadi İsayevlə yaxınlığını sübuta yetirmək üçün onun yaxın çevrəsinə "icra başçısının qapısını təpiklə açıram” dediyi də bildirilir. Deyilənə görə, onun Vidadi İsayevlə yaxınlığı o həddədir ki, hətta bir telefon zəngi ilə çox müşkülü mümkünə çevirmək qüdrətindədir. 

Bu iddialar doğrudursa, əgər həqiqətən Akif Çovdarovun yaxın adamı Bərdə RİH başçısı ilə bu qədər yaxındırsa, düşünürük ki, o halda Vidadi İsayevin Akif Çovdarovun özü ilə də mümkün əlaqələri ciddi şəkildə araşdırılmalıdır.

OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etib...

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq ƏLDƏ ETDİLƏR

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi ha...

"Fransa bölgəni münaqişə zonasına çevirmək üçün Ermənistanı sürətlə silahlandırır" - Deputat

“Fransa Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin rəhbərini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən, diplomat Pr...

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...