Akif Əli niyə cəzalanmadı? – Abid Şərifov danışdı
12:14 / 26.09.2017
783
Baş nazirin müavini Abid Şərifov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin Lütfü Zadə haqqında səsləndiriyi fikirlərlə bağlı cəzalanıb-cəzalandırılmamasına münasibət bildirib.
A.Şərifov jurnalistlərə açıqlamasında bildirib ki, kiminsə cəzalandırılması onun işi deyil.
Baş nazirin müavini qeyd edib ki, bu işlərə baxmır: "Ağlıma batmır ki, Akif Əli Lütfü Zadə haqqında elə söz danışsın. Amma deyirlər ki, danışıb. Cəzalandırmaq məsələsi isə mənlik deyil. Bu işlərlə mən məşğul olmuram”. (report)
Sfera.az