Akademik Almaniyada siyasi sığınacaq almış işçisinə: \"Bu əməllərindən əl çək!\"

Akademik Almaniyada siyasi sığınacaq almış işçisinə: \
Milli Məclisin deputatı, AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva hazırda Almaniyada sığınacaq alan keçmiş işçisi Tural Sadıqlının ittihamlarına cavab verib.
 

G.Baxşəliyeva Sfera.az-a müsahibəsində bildirib ki, Azərbaycanda gənc alim kimi işləməyə Tural Sadıqlı üçün bütün şərait yaradılmışdı: 
 

"Tural Sadıqlı vaxtilə bizim İnstitutda işləyib. O, bizdə işə düzələndə bilmirdim ki, xaricdən dəstək alan fəallardandır. Mənə demişdilər ki, Tural məcburi köçkündür, gənc və savadlı kadrdır və sairə. Mən də onu işə götürmüşdüm. Ancaq işə alınandan təqribən 2-3 ay sonra gördük ki, Azərbaycanda sabitliyin pozmaq istəyən qüvvələrlə yanaşı dayanaraq, əlində "elmi işçiyəm, 300 manat maaş alıram” şüarları ilə plakat qaldırıb, dövlətə qarşı çıxırdı. Mən onu çağırıb söhbət etdim, çox çalışdım ki, onu düz yola qaytarım. Ancaq çox təəssüf ki, alınmadı. Görünür, kimlərsə artıq onun beynini pozmuşdu. Tural Sadıqlı işə yeni düzələndə maaşın azlığından şikayət edirdi. Mən ona deyirdim ki, birdən-birə heçnə olmur. Öz üzərində çalış, işlə, zamanı çatanda sənin də maaşın artacaq. Akademiyada çalışan hər kəs bunu bilir. O, bizə deyirdi ki, mən bu maaşı istəmirəm və sairə. Adama sual verərlər ki, istəmirdinsə, bəs nə üçün Akademiyada işləməyə gəlirdin? Bilirdin ki, burada maaş bu qədərdir! Hər yerdə yeni işçinin maaşı az olur". 
 

Deputat keçmiş işçisinin indiki əməllərindən utandığını söyləyib: 
 

"Tural Sadıqlı ilə bir neçə dəfə söhbət edib, onu doğru yola, Vətən və Azərbaycan üçün çalışmağa çağırdım. Azərbaycanlı balası olduğu üçün ona ürəyim yanırdı. Ona dedim ki, dövlət tərəfindən biz alimlər üçün bütün şərait yaradılıb. Sən də hamı kimi, səbr elə, otur elmi işini işlə, müdafiə et, zamanı çatanda sənin də maaşın artacaq. Burada heç kəs birdən-birə yüksək maaş almayıb. Tural Sadıqlı Akademiyada dövlət tərəfindən yaradılan bütün şəraitlə təmin edilmişdi. Rahat otağı, işləmək üçün hər cür şərait var idi. Ancaq nə qədər çalışsam da, onu düz yolda saxlaya bilmədim. Görünür, kimlərsə onu təsir altına salıb, zombiləşdirmişdi. İndi də bu adamlar zombiləşib. Çox təəssüf ki, onlar bu gün Vətən üçün çalışmaq əvəzinə, xarici ölkələrin, Ermənistanın istəyini yerinə yetirirlər. Buradan da Tural Sadıqlıya demək istəyirəm ki, sənə çox ayıb olsun. Xaricdə oturub Azərbaycan əleyhinə iş aparmaq yaxşı hərəkət deyil. Bu əməllərindən əl çək!".
 

Xatırladaq ki, Tural Sadıqlı hazırda Almaniyada siyasi sığınacaq alıb.
 
 
Lətif Salahov


OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...