Ağız içində çıxan yaraları ADİ BİLMƏYİN!

Ağız içində çıxan yaraları ADİ BİLMƏYİN!
 
Bir çoxumuz ağzımızın içində çıxan yaraları önəmsəmirik, ancaq Dr. Metin Aksakal ağız içindəki yaralara önəm verməyi vurğulayır.
 
Ağızda olan yaraların cəmiyyətin təxminən yüzdə 10-nunda görüldüyünü və ağrılı olduğunu söyləyən Aksakal, bu narahatlığın qadınlarda daha çox görüldüyünü qeyd edib:
 
"Ağızda görünən bu yaralar tez-tez yanağın iç üzündə, dil, dodaq və damaqda yaranan ağ grimsi lezyonlardır. Bu yaralar gülməyi, danışmağı çətinləşdirir. Müalicəyə baxmayaraq 1-2 həftə davam edir. Bəzən biri yaxşılaşarkən biri yenidən çıxır. Bəzən isə eyni anda bir neçə bölgədə birdən yaranır".

Aksakal bildirib ki, bunun qarşısını almaq üçün ağız baxımı önəmlidi. İlk öncə spirti az olan qarqaralardan istifadə etmək, ədviyyatlı, həddindən çox duzlu, turşulu ərzaqlardan uzaq olmaq həmçinin nizamlı yuxu və nizamlı qidalanma bu yaraların azalmasına kömək edəcəyini vurğulayıb.
 
Sfera.az //
 
 
Aytac
 

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.





 




 



OXŞAR XƏBƏRLƏR