Ailəsi tərəfindən diri-diri basdırılan uşağın MÖCÜZƏVİ QURTULUŞU - FOTO

Ailəsi tərəfindən diri-diri basdırılan uşağın MÖCÜZƏVİ QURTULUŞU - FOTO
Sfera.az xəbər verir ki, Çində ailəsi tərəfindən diri-diri basdırılan körpə 8 gün ərzində torpağın altında möcüzəvi bir şəkildə həyatda qalıb. Kiçik kardon qutu içində torpağın altında 8 gün baş verən hadisədə yeni doğulan oğlan uşağın ac, hətta susuz yaşaya bilməsi möcüzə olub. Uşağın susuzluqdan ölməməsinin səbəbi isə torpağın altına keçən az miqdarda yağış suları olub.

Meşə sahəsində ot toplamağa çıxan bir qadın uşağın ağlamasını eşidib. Sonra qaça-qaça bir Buddist məbədinə gedib bir keşişlə uşağın olduğu yerə gəlir. Qadına ağlama səslərinin bir lənət olmadığını deyən keşiş polis çağırıb. Daha sonra polislərin köməyi ilə  körpə uşaq torpağın altından çıxarılır. Dodağı yarıq bir şəkildə dünyaya gəldiyi üçün ailəsinin tərk edildiyi güman edilən  uşağın sağlamlıq vəziyyəti bu an üçün yaxşı olduğu bildirilib. Hadisə ilə bağlı araşdırma nəticəsində  körpənin  bir neçə qohumu və ata - anası  həbs olunsa da dəlil olmadığı üçün sərbəst buraxılıb.(Moderator.az)

OXŞAR XƏBƏRLƏR