Ailənin tək övladını əsgərlikdə zorladılar - ERMƏNİSTAN ORDUSUNDA QALMAQAL

Ailənin tək övladını əsgərlikdə zorladılar - ERMƏNİSTAN ORDUSUNDA QALMAQAL
Qondarma DQR-nın "Mardakert” (Ağdərə) yaşayış məntəqəsində yerləşən hərbi birləşmələrindən birində əsgər təcavüzə uğrayıb.

Sfera.az "Armenianreport”a  istinadən xəbər verir ki, bu barədə qulluqçunun anası məlumat verib.

Onun sözlərinə görə, oğlunu bu il, 15 yanvarda orduya çağırıblar. İlk dəfə 18 yanvarda zəng edib və deyib ki, Ağdərədə hərbi hissədədir. İkinci zəngində anasından onu xilas etməsini xahiş edib. Sonradan  dəfələrlə zəng edib anasından kömək istəyib. Ancaq şikayətinin nədən olduğunu deməyib.

Ana oğlu ilə andiçmə mərasimində görüşüb. Oğlunun incidilmiş vəziyyətdə olduğunu görüb. Nəhayət oğlu ediraf edib ki, onun birbaşa komandiri olan zabit əvvəlcə döyüb, sonra  yataq örtüyünə bükərək zorlayıb. Bu hal 4-5 dəfə təkrar olunub. Qadın deyib ki, oğlu danışarkən boğulacaq qədər qorxu içində olub. Elə belə vəziyyətdə 3 fevralda hərbi and içib. Qadın oğlunu hərbi hissənin komandirinin yanına aparıb və hər şeyi ona danışmasını istəyib.
Komandir eşitdiklərindən təəcüblənib.

Faktla bağlı 3-cü qarnizon istintaq şöbəsində erməni əsgərə qarşı seksual xarakterli zorakılıq əlamətlərinə görə cinayət işi qaldırılıb. Erməni əsgər zərərçəkən kimi tanınsa da, onu fevral ayından indiyədək qanunsuz olaraq hərbi polisdə saxlayırlar. Lakin təcavüz etməkdə ittiham olunan kapitan rütbəli hərbi qulluqçu isə azadlıqda olmaqla yanaşı, xidmətini davam etdirir. Oğlunun hərbi polisdə həbsdə saxlandığını bilən kimi, erməni əsgərinin anası Ermənistan müdafiə naziri Vigen Sarkisyana məktub yazaraq hadisə barədə şikayət edib.

Qadın deyir ki, məktubunda dərhal oğlunun azad olunmasını və xidmətini davam etdirmək üçün Ermənistana gətirilməsini tələb edib:

"Nazirin cinayətdən xəbəri olsa da susqunluq nümayiş etdirir".

Təcavüzə məruz qalan erməni əsgərinin hüquqlarını müdafiə edən, "İnsan Hüquqları Naminə Jurnalistlər" ictimai birliyinin vəkili Hayarpi Sarkisyan onunla martın 27-də saxlanıldığı Xankəndi hərbi polisində görüşüb. 

Vəkili Hayarpi Sarkisyan zərərçəkən kimi tanınan hüquqlarını müdafiə etdiyi şəxsin hansı əsasla hərbi polisdə saxlanıldığına dair yazılı müraciətinə hələ də cavab verilmədiyini deyir. 

Vəkil bildirir ki, hərbi polisdə saxlanıldığı müddətdə zərərçəkən erməni əsgərini ilkin ifadəsini dəyişdirməyə məcbur ediblər:

"Fakt odur ki, hüquqlarını qoruduğum şəxs cinayət haqda məlumat verib. İzahatları var. Onun izahatları hansı şəraitdə dəyişməsini təxmin etmək çətin deyil".

9 aprel tarixində erməni əsgərinə qarşı yalan ifadə vermə maddəsi ilə qaldırılan cinayət işi məhkəməyə göndərilib. Təcavüzdə günahlandırılan zabit ittihamları rədd edir.

Zərərçəkən erməni əsgəri valideynlərinin birindən məhrumdur. Onun anasının yeganə övladı olduğu bildirilir.

İlqar

OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...