Ailənin tək oğlu arxa cəbhədə xidmət etsin! - Deputatdan təklif

Ailənin tək oğlu arxa cəbhədə xidmət etsin! - Deputatdan təklif
"Ailədə bir oğlan övladı olan gənclər ön cəbhələrdə hərbi xidmətə buraxılmamalıdır. Çünki bir oğul övladı ailədə atanın yeganə davamçısı hesab olunur". 

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə  bildirib. 

Araz Əlizadə bu cür şəxslərin ordudan azad olunmasını təklif edib:

"Onlar ön cəbhələrdən, silah olan yerlərdən azad olmalıdır. Əvəzində isə onlar alternativ xidmət keçə bilərlər. Yəni, həmin şəxslər Milli Orduda müharibə ilə əlaqəsi olmayan işlərə cəlb edilməlidir. Hərbidə döyüşlə əlaqəsi olmayan çox işlər var. Arxa cəbhələrdə qulluq etmək olar". 

Deputat son günlər Azərbaycan Milli Ordusunun cəbhədə verdiyi şəhidlərlə bağlı da danışıb:

"Müharibə olan yerdə şəhid olmalıdır. Ancaq atəşkəs dövründə bu qədər şəhid vermək daha bəs edər. Birdəfəlik geniş miqyaslı hərbi əməliyyatlar başlatmalı və sonra isə bu müharibəni birdəfəlik bitirməliyik. Əks halda biz çox şəhidlər verəcəyik".

Orxan Bəşirov
Sfera.az

OXŞAR XƏBƏRLƏR