Gündəm

"AİLƏN NİYƏ HİCAB ÖRTMÜR?": Axund təhqir etdi, dindarlar "beşbarmaq"la vurdu - BAKIDA ŞOK+VİDEO

Bakının Mehdiabad qəsəbəsində dini zəmində vətəndaşı vəhşicəsinə döyüblər.

Sfera.az xəbər verir ki, bu barədə PİA.az-a zərəçəkən Qismət Salahovun yaxınları məlumat veriblər.

Hadisə Mehdiabad qəsəbəsinin Digah məscidində baş verib. Belə ki, məscidin axundu Hacı Rza məscidə namaz qılmağa gələn Qismət Salahovu əvvəl təhqir edib: "Sən necə mömünsən ki, sənin ailən hicab örtmür”, deyən axund zərəçəkənə qarşı ədəbsiz ifadələr işlədib. Məsciddən evə döndükdən sonra axşam saatlarındabir qrup şəxs onu evindən çölə çağırıb və uşaqlarının gözü qabağında vəhşicəsinə döyməyə başlayıblar. Qismət Salahovun baş nahiyəsinə beşbarmaqla ağır zərbələr endirilib.

Qismət Salahov ağır vəziyyətdə Musa Nağıyev adına təcili yardım xəstəxanasına qaldırılıb. Hazırda Q.Salahov Musa Nağıyev adına xəstəxananın travmatologiya şöbəsində 307-ci palatada yatır. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Maraqlıdır ki, təcili yardım xəstəxanasında Salahova verilən tibbi arayış itib.


XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031