Ailə səhvən yeni doğulmuş körpəni dəfn etdi

Ailə səhvən yeni doğulmuş körpəni dəfn etdi

Çinin Şandun əyalətində ailə səhvən yeni doğulmuş uşağı diri-diri basdırıb. Xoşbəxtlikdən yerin altından uşağın səsini eşidən yerli sakinlər onu xilas edib.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, uşağı yerin altından çıxaran sakinlər onu xəstəxanaya çatdırıb. Yeni doğulmuş uşağın çəkisi kilo yarım olub, anemiya və sarılıqdan əziyyət çəkib. Ancaq uşağın başqa xəstəlikləri olmayıb.

İndi uşaq iki aylıqdır, çəkisi dörd kiloqram artıb və sağlamlığı yerindədir.

Polislər uşağın axtarışına başladıqda şöbəyə uşağın babası olduğunu iddia edən bir nəfər yaxınlaşıb. Babanın sözlərinə görə, uşağın əkiz qardaşı da var. Lakin həkimlər doğulduqdan sonra sözügedən körpənin ağciyər problemi olduğunu və öldüyünü dediklərindən ailə uşağı dəfn edib.

 

Polis əməkdaşları bu iddiaların doğru olub-olmadığını yoxlayır və araşdırma aparırlar.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...