Ailə dəyərlərinin güclü olması ümumən bizi intiharlardan qoruyur-ekspert

Ailə dəyərlərinin güclü olması ümumən bizi intiharlardan qoruyur-ekspert
"Azərbaycanda ailə bağları güclü olduğundan, ölkəmizdə intihar halları keçmiş sovet respublikalarının digərlərində olduğuna nisbətən nadir hallarda baş verir”
 
Sfera.az-a açıqlamasında bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının sabiq SSRİ məkanında intiharlarla bağlı yer alan hesabatında Azərbaycanda həmin tendensiyanın nadir hallarda baş verməsi səbəblərinə toxunarkən psixoloq Samirə Abdullayeva deyib: 
 
"Adətən insanlar özünü yalnız hiss edəndə, çıxılmaz vəziyyətdə olanda intihara meylli olur. Bu mənada Litva, Latviya, Rusiya və Estoniya kimi ölkələrdə ailə bağları, ailə dəyərləri çox zəifdir.  Dediyimiz problemin kökündə isə məhz ailə bağlarının zəif olması dayanır. Azərbaycanda isə hansısa bir problem yarananda yanımızda həmişə ailə üzvlərimiz, ata-analarımız olur. Bu mənada Azərbaycanda hələ də ailə bağlarını qoruyub saxlayırıq. Ona görə də Azərbaycanda ailələrdə hər hansı bir problem olanda hamı onun üzərinə düşür və belədə problemlə üzləşən fərd özünü yalnız hesab etmir.  İntiharın da kökündə əsasən məhz insanın özünü yalnız hiss etməsi, istinad nöqtəsini itirməsi amilidir. Bütün bunlara baxmayaraq, son illərin araşdırmaları göstərir ki, Azərbayanda da intihar halları tədricən artır.  
 
Qeyd edək ki, postsovet ölkələrindən Tacikistan və Azərbaycanda intihar nadir hallarda baş verir. Belə bir məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi ölkələrdə psixi sağlamlıq xidmətləri və resursları haqqında hesabatında yer alıb.
 
Məlumatlara görə, postsovet ölkələrindən ən çox intihar hallarına Litva (hər 100 min nəfərə 31,9) və Rusiyada (31), ən az özünəqəsd halları isə Tacikistan (2,5) və Azərbaycanda (2,6) rast gəlinir. 
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.   B...