Aİ Türkiyə üçün viza rejimini ləğv etmək istəyir

Aİ Türkiyə üçün viza rejimini ləğv etmək istəyir

 

Avropa Komissiyası Türkiyə vətəndaşlarına Şengen zonasına viza almadan gəlmə imkanı yaradacaq. 

Oxu.Az BBC News-a istinadən xəbər verir.

Bununla yanaşı, Aİ-dəki mənbə bildirib ki, Türkiyə ilə vizasız rejim təklifi təsdiq ediləcək, amma Ankaraya qarşı daha öncə irəli sürülmüş şərtlər dəyişdirilməyəcək.

Aİ və Türkiyə arasında bağlanmış sazişdə, iyunun sonuna qədər viza rejiminin ləğv edilməsi üçün Ankara mayın 4-ə qədər 72 şərti yerinə yetirməli olduğu deyilir. Diplomatların sözlərinə görə, Türkiyə bu şərtlərin yalnız yarısını yerinə yetirib. 

Adətən Aİ Avropaya öz vətəndaşlarının vizasız girişinə namizəd olan ölkədən, söz azadlığı, məhkəmələrin müstəqilliyini və azlıqların hüquqlarının daha səmərəli müdafiə edilməsi üçün terrorəleyhinə qanunvericilikdə dəyişikliklər edilməsini tələb edir. 


OXŞAR XƏBƏRLƏR