Cəmİyyət

Aİ-nin Azərbaycandakı səfiri: "Plastik torbaların ödənişli olmasını istərdik"

Aİ-nin Azərbaycandakı səfiri:
 

"Plastik torbaların örənişli olmasını istərdik. Bəlkə  o zaman insanlar onu almaq istəməzlər". 

Sfera.az APA-ya istinadla verir ki, bunu Avropa Ittifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas bildirib. Səfir hesab edir ki, bununla ətraf mühitin çirklənməsinin qarşısı alınar:

"Ətraf mühitin plastik tullantılarla çirklənməsinin istəmirik. İstəyirik ki, ictimaiyyətin məlumatlanmasını artıraq və onlar öz gündəlik həyatlarına nəzər yetirsinlər. Məsələn, mağazaya gedəndə bizə plastik torba verirlər. Biz ondan cəmi 15 dəqiqə istifadə edirik. Həmin torbalar yüz ilə çürüyür. İstəyirik ki, plastik qablar əvəzinə tekstildən, kağızlardan, yəni, çürüyə bilən materiallardan istifadə edilsin".

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031