Agentlik sədri öz şirkətinə 300 minlik tender qazandırıb

Agentlik sədri öz şirkətinə 300 minlik tender qazandırıb

Azərbaycandaa dövlət qurumlarına rəhbərlik edən şəxslərin əsas qazanclarının məhz tenderlərdən əldə etdiyi sirr deyil.

Buna nail olmaq üçün isə bir qayda olaraaq nazirlər, komitə və agentlik rəhbərləri, icra başçıları yaxın adamlarının adlarına şirkətlər yaradır, qeyri-rəsmi olaraq həmin şirkətlərə rəhbərlik edir və bir qayda olaraq elan edilən tenderlərin qalibləri öz şirkətləri olur. Bu əksər halda belədir.

 

Belə bir hal Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı da üzə çıxıb. Məlum olduğu kimi, agentliyin rəhbəri Qoşqar Təhməzli dövlət qurumuna rəhbərlik etməzdən əvvəl bizneslə məşğul olub. Amma bu fəlayyətin indi də davam etdiyi bbəlli olur. Onun dövlət rəsmisi olaraq büdcədən öz təsisçisi olduğu şirkətə - yəni özünə pul qazandırmaq fəaliyyəti ilə bağlı maraqlı rəqəm açıqlanıb.

 

İqtisadçı araşdırmaçı Hafiz Babalı bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi "Medeks” MMC-dən son 7 ay ərzində 336,8 min manat dəyərində mallar (baytarlıq, fitosanitar və qida təhlükəsizliyi müfəttişləri üçün ləvazimatlar; laborator sərf materialları) satın alıb. Və bütün bunlar tender yolu ilə həyata keçirib.

 

Agentliyin sədri Qoşqar Təhməzli isə "Medeks” MMC-nin iki təsisçisindən biridir və o uzun illər bu şirkətin direktoru işləyib. Hətta o bir neçə il əvvəl şirkət rəhbəri olaraq "Ən yaxşı top-menecer” adına da layiq görülüb.

"Yeni sabah"

OXŞAR XƏBƏRLƏR

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...