Ağcabədidə paltarı dəzgaha ilişən gəncin boynu sındı
00:00 / 18.10.2021
1880
Ağcabədi rayonunda pambıq zavodunda işçi ağır xəsarət alıb.
Sfera.az xəbər verir ki, həmin zavodda işləyən 1995-ci il təvəllüdlü Mehralıyev Amil Aqil oğlunun paltarı iş yerində elektrik dəzgahına ilişib.
Nəticədə o ağır bədən xəsarəti alıb. Yaralı dərhal xəstəxanaya aparılıb.
Həkim müayinəsindən sonra Amil Mehralıyevə boyun fəqərəsinin sınığı diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.