Cəmİyyət

“AGBank” 9 ayda 34 milyon manata yaxın gəlir əldə edib

“AGBank” 9 ayda 34 milyon manata yaxın gəlir əldə edib
 "AGBank” ASC 2019-cu ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb.

30 Sentyabr 2019-cu il tarixində "AGBank”ın cəmi aktivləri 448 milyon 420 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 228 milyon 248 min manatını müştərilərə verilən kreditlər təşkil edib.

2019-cu ilin sonunda Bank 496 milyon 193 min manat cəmi aktivlərə malik idi və aktivlərin 245 milyon 695 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi.

Cari ilin 9 ayında "AGBank”ın cəmi gəlirləri 33 milyon 628 min manat, cəmi xərcləri isə 35 milyon 890 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 6 milyon 261 min manat əməliyyat zərəri yaranıb. Ehtimal olunan kredit itkiləri üçün əvvəlki dövrlərdə yaradılmış ehtiyatın 4 milyon 420 min manatı azad olub və zərər 2 milyon 283 min manata düşüb.

 

Ötən ilin 9 ayında "AGBank”ın cəmi gəlirləri 37 milyon 163 min manat, cəmi xərcləri 40 milyon 322 min manat, əməliyyat zərəri 3 milyon 159 min manat, xalis zərəri isə  6 milyon 122 min manat təşkil etmişdi. 

2018-ci ilin 9 ayı ilə müqayisədə 2019-cu ilin 9 ayında "AGBank”ın zərəri 2,7 dəfə azalıb. Ötən il "AGBank” ehtimal olunan kredit itkiləri üzrə (problemli kreditlərə görə) ehtiyat yaradırdı və 9 ayda məqsədlə ehtiyata 2 milyon 801 min maant ayırmışdı. 2019-cu ildə isə problemli kreditlərin azalması ilə ehtiyatlar azad olur və 9 ayda azadolma 4 milyon 420 min manat təşkil edib.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930