Afrində SON DURUM
14:38 / 24.03.2018
2306
Türkiyənin aylardır "Zeytun Budaqlığı” adı altında Suriyanın Afrin bölgəsində apardığı əməliyyat artıq bir neçə gündür ki, uğurla başa çatıb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ərazinin terrorsitlərdən təmizlənməsi planı yekunlaşdıqdan sonra sakinlərin evlərinə qayıtması istiqamətində addımlar atılır.
Artıq sakinlərin evlərinə qayıtması üçün görülməsi lazım olan tədbirlərə başlanılıb. Yalnız bu bölgənin qərbində bir neçə kənddə əməliyyatlar davam edir ki, yaxın müddətdə buranın da terroristlərdən təmizlənməsi planlaşdırılır.
Nigar Məhərrəm