Afrin kimə veriləcək? – Türkiyə dilemma qarşısında

Afrin kimə veriləcək? – Türkiyə dilemma qarşısında
"Türkiyənin "Zeytun budağı" əməliyyatında əsas hədəfi ölkənin təhlükəsizliyini, Suriyanın ərazi bütövlüyünü təmin etməkdir. Türkiyəni bu addımı atmağa məcbur edən amillərdən biri də gələcəkdə Suriyanın şimalında kürd dövlətinin yaranmasının qarşısını almaqdır”.

Sfera.az-a açıqlamasında "Çağdaş” Strateji Araşdırmalar Mərkəzinin direktoru, politoloq Seymur Süleymanov belə deyib. Politoloq qeyd edib ki, Suriyada əməliyyatların başlanmasından keçən 1 ay ərzində üstünlük Türkiyədə olub:

"YPG və PYD Türkiyəyə qarşı ciddi dirəniş göstərsə də bu, vəziyyəti dəyişməyəcək. Ötən gün Suriya dövlət televiziyasında PYD/YPG gücləri və Suriya prezidenti Bəşər Əsəd arasında Afrinlə bağlı əldə edilən razılaşmaya əsasən, Əsəd qüvvələrinin Afrinə daxil olacağı barədə xəbər yayılmışdı. Məsələyə münasibət bildirən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu qeyd etdi ki, "Zeytun budağı” əməliyyatında məqsəd Afrini PYD/YPG-dən təmizləməkdir. Daha sonra isə Çavuşoğlu birmənalı şəkildə vurğuladı ki, Əsəd rejimi Afrinə girsə, kimsə bizi dayandıra bilməz. Bu o deməkdir ki, türk ordusu Afrində Əsədlə qarşı-qarşıya gələcək. Düzdür, Əsəd qüvvələrinin Afrində YPG-PYD silahlı qüvvələrinin Əsədlə razılaşmaları olması məlumatı bir az ziddiyyətli məsələdir. Belə olan halda Suriya ordusun adıçəkilən terror qruplaşmalarından bir fərqi olmaz. O zaman ortaya haqlı bir sual çıxır. Türkiyə, Afrini terror qruplaşmalarından azad etdikdən sonra bölgədə varlığını dəvam etdirəcək? Hesab edirəm ki, etdirməyəcək”.

Seymur Süleymanov qeyd edib ki, Türkiyənin əməliyyatları başa çatdırdıqdan sonra bölgəni hansı qüvvələrin nəzarətinə verəcəyi ilə bağlı məsələ indiki halda müəmmalı olaraq qalır: 

"İndi ehtimal edilir ki, türk ordusu Afrini Suriya Azadlıq Ordusunun nəzarətinə verəcək. Lakin Suriya hakimiyyəti ASO-nu terror təşkilatı kimi qəbul edir. Yəni, Türkiyə üçün PKK nədirsə, ASO da Suriya üçün eynidir. Məsələyə bu aspektdən yanaşdıqda bir çox ziddiyyətli məqamlar ortaya çıxır. Əsəd Suriya dövlətinin başçısıdır. Amerika və Türkiyə Əsəd hakimiyyətini qeyri-legitim hesab edə bilər, ancaq faktiki vəziyyət onu deməyə əsas verir ki, Suriyanın ərazi bütövlüyünü ancaq Suriya dövləti qoruya bilər. Fikrimcə, həm Türkiyə, həm də Suriya üçün uğurlu variant o ola bilər ki, Suriya hökumət qüvvələri ilə Türkiyə ordusu Afrində koordinasiyalı şəkildə YPG-PYD terror qruplaşmalarına qarşı birgə mübarizə aparsınlar. Sonda Afrinin Suriya ordusuna təhvil verilməsi, hər iki ölkə üçün faydalı çıxış yoludur. Çünki artıq Afrin əməliyyatında Türkiyəyə dəstək verən Rusiya belə, rəsmi Ankaranı Suriya hökuməti ilə dialoq qurmağa dəvət edir. Beləliklə, bölgədə sabitliyi təmin etməyin yolu ancaq bu iki ölkənin koordinasiyalı hərəkət etməsindən keçir”.


Mənsur Rəğbətoğlu

Sfera.az

OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...