Dünya

Afrikanın ən gənc milyarderi qaçırıldı

Afrikanın ən gənc milyarderi qaçırıldı
Afrikanın ən gənc milyarderi kimi tanınan biznesmen Məhəmməd Devji Tanzaniyanın Dar əs Salam şəhərində silahlı və maskalı adamlar tərəfindən qaçırılıb.

Sfera.az xəbər verir ki, 43 yaşlı biznesmenin bu gün idman zalına gedərkən lüks otelin qarşısından qaçırıldığı bildirilir. Cinayət ilə bağlı 3 şəxs saxlanılıb.
Tanzaniyanın tək milyarderi Devjini qaçıran şəxslərdən ikisinin ağ və əcnəbi olduğu bildirilir. "Forbes” jurnalına görə, 1,5 milyard dollar olan sərvəti Devji 2016-cı ildə sərvətinin ən az yarısını xeyriyyə təşkilatlarına bağışlayacağını açıqlamışdı.

Ailə şirkətini bütün Afrika ərazisində biznes aparan böyük holdinqə çevirən Devjinin ən az 6 Afrika ölkəsində trikotaj, un, meyvə şirəsi və yağ fabrikləri var.
Devjinin dostu ekologiya naziri Yanuari Makamba biznesmenin atası ilə danışdığını və adam qaçırma faktının doğru olduğunu deyib.
Şahidlər silahlı şəxslərin Devjiyi avtomobilə mindirərkən havaya atəş açdıqlarını bildirib. Hadisə zamanı milyarderin yanında mühafizəçiləri olmayıb.
 

Rəsul
Sfera.az
 
AdRiver

XƏBƏR LENTİ