Afrikada yenidən Ebola virusu yayılır
15:45 / 06.03.2021
1170
Qvineyada Ebola virusu yayılmağa başlayıb.
Sfera.az xəbər verir ki, son günlərdə ölkədə virusdan 9 nəfər həyatını itirib.
Xəstələrlə təmasda olmuş 523 nəfər təcrid olunub. Bu günədək ölkədə 1 600-dən çox şəxs Ebolaya qarşı peyvəndlənib.
Eyni zamanda, Konqo Demokratik Respublikasında 4 nəfər Ebolanın qurbanı olub.