Afrikada ilk smartfon istehsal edildi - FOTO
21:43 / 09.10.2019
4098
Ruandanın paytaxtı Kiqalidə "ağıllı telefon" istehsal edən zavod istifadə verilib.
Sfera.az milli.az-a istinadla xəbər verir ki, bu, Afrika qitəsində ilk "ağıllı telefon" zavodu kimi də tarixə düşüb.
Məlumata görə, "Mara" brendi adı altında istehsal ediləcək smartfonlar "Android" əməliyyat sistemi ilə işləyəcək. Qiymətlərin 129-189 dollar aralığında olacağı bildirilir.
Hazırda zavodda 200 nəfər çalışır.
Zavodun açılış tədbirində çıxış edən Ruanda Prezidenti Pol Kaqame bildirib ki, "Mara" telefonları sayəsində texnologiya insanlar üçün daha əlçatan olub.