Afrika qitəsinə ən çox bu ölkə sərmayə qoyub

Afrika qitəsinə ən çox bu ölkə sərmayə qoyub

Beynəlxalq Tövsiyyə və Yoxlama şirkəti "Ernst & Young"un (EY) hazırladığı hesabata görə, Afrikaya son 4 ildə ən çox sərmayəni Çin (72,2 milyard) qoyub.

Sfera.az ölkə.az-a istinadən bildirir ki, Beynəlxalq Tövsiyə və Yoxlama şirkəti "Ernst & Young"un (EY) hazırladığı hesabata görə, Afrika qitəsinə 2014-2018-ci illərdə ən çox sərmayə qoyan ölkə 72,2 milyard dollarla Çin olub.

Çindən sonra "frankofon" (fransızca danışan) ölkələrə 34,1 milyard dollarlıq sərmayəsilə Fransa, 30,8 milyard dollarla ABŞ, 25,2 milyard dollarla Birləşmiş Ərəb Əmirlikləri, 10,1 milyard dollarla Cənubi Afrika və 5,4 milyard dollarla İspaniya gəlir.

Çinin ən çox sərmayə qoyduğu sektorlar pərakəndə-satış, infrastruktur, maliyyə, telekommunikasiya, turizm, media və texnologiya sahələridir.

Regional olaraq Şimal Afrikadan sonra ən çox sərmayənin axdığı bölgələr isə Cənub Afrika, Şərqi Afrika və Qərbi Afrikadır.
Qitədə son dövrdə texnologiya sərmayələri artıb. Belə ki, Afrikada indiyə qədər 600 texnologiya mərkəzi, Cənubi Afrika, Nigeriya və Misirdə də texnologiya şirkətləri qurulub.

OXŞAR XƏBƏRLƏR

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə BAŞLADI

Rusiyanın “IrAero” aviaşirkəti V.P. Çkalov adına Nijni Novqorod Beynəlxalq Hava Limanından Bakıya birbaşa müntəzəm reyslər həyata keçirməyə başlayıb...

Xəstəlikdən əziyyət çəkən aparıcı Azər: "Anamın verdiyi böyrək də xarab oldu..." - VİDEO

“Hər kəsi anası bir dəfə dünyaya gətirir, məni isə iki dəfə”.    Sfera.az xəbər verir ki, bu sözləri aktyor-aparıcı Azər Baxşəliyev ...

İranın İsrailə hücumu nəticəsində yaralanan tək şəxsin kimliyi AÇIQLANDI

Şənbə və bazar günlərində İranın İsrailə hücumu nəticəsində ağır yaralanan tək şəxsin kimliyi bəlli olub.   Sfera.az xarici KİV-ə istinadən xəbər ver...

Ertələmək xəstəliyindən necə xilas olmaq olar? – Psixoloq AÇIQLADI 

Günümüzdə mövcud olan problemlərdən biri də müəyyən işlərimizi ertələməkdir. Bu, bir çox insan üçün həll olunması müəyyən qədər çətin hesab edilən hal...

Tanınmış rusiyalı jurnalist qiyabi HƏBS EDİLDİ

Moskvanın Basmannıy Rayon Məhkəməsi rusiyalı tanınmış jurnalist Mixail Zıqarı qiyabi həbs edib.   Sfera.az xəbər verir ki, Zıqar Rusiya Silahlı ...

Dilarə Əliyeva mərhum həyat yoldaşının son mesajından DANIŞDI: "Yazmışdı ki..."

Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oqtay Əliyevlə son yazışmasının nə olduğunu açıqlayıb.   Sfera.az xəbər verir, bu barədə sənətçiyə...