AFFA rəsmiləri UEFA seminarında
17:50 / 12.02.2020
1579
Rusiyanın paytaxtı Moskvada UEFA-nın regional oyun nümayəndələri üçün seminar keçirilir.
Sfera.az AFFA-nın saytına istinadən xəbər verir ki, seminarda beynəlxalq oyunlara UEFA nümayəndəsi kimi təyinat alan Sərxan Hacıyev, Könül Mehtiyeva, Zaur Hacı-Məhərrəmov, Orxan Hüseynzadə və oyun meneceri kimi fəaliyyət göstərən Emin Cəfərov iştirak edirlər.
Qeyd edək ki, fevralın 11-də başlayan seminara bu gün yekun vurulacaq.