AFFA “Qarabağ”ı cərimələdi

AFFA “Qarabağ”ı cərimələdi

AFFA İntizam Komitəsi yeni mövsümün ilk qərarını açıqlayıb.

Oxu.Az xəbər verir ki, Premyer Liqanın I turunun oyunlarındakı pozuntulara hüquqi qiymət verilib.

Belə ki, "Keşlə” - "Qarabağ” matçının 74-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Emin Mehtiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb, klub 200 manat cərimə olunub. "Qarabağ” klubunun bəzi rəsmilərinin "A” buraxılışından istifadə etməməsinə görə klub 800 manat cərimə ödəyəcək.

 

Bundan başqa, "Qəbələ” - "Sumqayıt” matçında qonaq komandanın beş futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində "Qəbələ” klubunun futbolçusu Asif Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klub 200 manat cərimələnib. Oyun başa çatdıqdan sonra "Qəbələ” klubunun azarkeşi tunelə daxil olaraq hakimlər briqadasını təhqir etdiyi üçün meydan sahibi klub daha 4 min manat cərimə ödəməli olacaq. Həmçinin matç "Sumqayıt” klubunun ucbatından doqquz dəqiqə gec başladığı üçün qonaq komanda da əlavə 800 manatını AFFA xəzinəsinə verəcək.

"Neftçi” - "Sabah” matçında isə qonaq komandanın dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.


OXŞAR XƏBƏRLƏR

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...