Maqazİn

Afət ona 240 min dollarlıq avtomobil hədiyyə edənin KİMLİYİNİ AÇIQLADI

Afət ona 240 min dollarlıq avtomobil hədiyyə edənin KİMLİYİNİ AÇIQLADI
Müğənni Afət Fərmanqızı canlı yayımda ona "Gelandewagen" hədiyyə edən şəxsin kimliyini açıqlayıb.

Sfera.az xəbər verir ki, sənətçi "ölkə.az"ın əməkdaşı ilə söhbətində bildirib ki, sözügedən şəxs Rusiyada yaşayan azərbaycanlıdır:

"Mən özümə yeni avtomobil alacaqdım. Sadəcə, istədiyimi almaq üçün 80 min manatım çatmırdı və bunu Manaf Ağayev də daxil olmaqla, bütün ətrafım bilirdi. Hətta Nazənin də borc pul təklif etdi. Dedim ki, avtomobil almaq üçün borca girmərəm.  Canlı yayımdan həyətə  çıxanda şoka düşdüm. Amma mən istədiyim avtomobilin salonu qırmızı rəngdə idi. Hətta onu almaq üçün bir otaqlı mənzilimi də satışa çıxarmışdım. Özüm hələ də şokdayam. Bu avtomobili mənə hədiyyə edən şəxs Rusiyada yaşayan azərbaycanlıdır, pərəstişkarımdır". 

 

Qeyd edək ki, bu gün "Hər şey daxil" verilişinin canlı yayımında A.FƏrmanqızına 240 min dollar qiyməti olan "Gelandewagen" hədiyyə olunub.

Milli.Az

XƏBƏR LENTİ

«    Aprel 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930