Cəmİyyət

Afət Fərmanqızının mahnısını oxuyan tibb bacıları bu videoya görə işdən çıxarıldı - VİDEO

Afət Fərmanqızının mahnısını oxuyan tibb bacıları bu videoya görə işdən çıxarıldı - VİDEO
Müğənni Afət Fərmanqızının mahnısını oxuyan tibb bacıları işdən çıxarılıb.
 
Sfera.az AZXEBER.COM-a istinadla xəbər verir ki, Şəkidə Afət Fərmanqızının mahnısına video çəkən tibb bacıları işdən qovulub. Bu barədə tanınmış produser və aparıcı Tarix Əliyev məlumat verib. O, işdən çıxarılan tibb bacısı ilə əlaqə saxlayaraq baş verən hadisə haqqında ətraflı məlumat əldə edib.
 
Tibb bacısı baş verən hadisəni təsdiq edərək Şəki Şəhər Mərkəzi Xəstəxanasının baş həkiminin onları otağına çağıraraq işdən azad olunduqlarını deyib: "Şəki Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirov bizi-otağına çağıraraq sosial şəbəkədə yayılan görüntünün kim tərəfindən çəkildiyini soruşdu. Onu bütün ölkədə biabır etdiyimizi dedi. O bizə ya könüllü işdən azad olunmağımızı ya da rəhbərlik tərəfindən işdən azad olunaraq bir daha heç yerdə işləyə bilməyəcəyimizi dedi".
 
Ailə vəziyyətinin pis olduğunu deyən tibb bacısı ata və anasının onun maaşı ilə dolandığını da qeyd edib: "Valideynlərim yaşlı adamdı. Onlar mənim maaşım ilə dolanərdı. İndi 5 tibb bacısı işsiz qalmışıq".
 
Qeyd edk ki, bir müddət əvvəl sosial şəbəkədə tibb bacılarını Afət Fərmanqızının mahnısı sədaları altında rəqs etdiyi görüntülər yayılmışdı.
 

 
 

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031