İqtİsadİyyat

“AFB Bank”ın Audit Komitəsinə yeni üzv seçilib

“AFB Bank”ın Audit Komitəsinə yeni üzv seçilib
 

"AFB Bank” ASC-nin Audit Komitəsinin üzvlərinin sayı 2-dən 3-ə çatdırılıb.

Sfera.az  xəbər verir ki, yeni üzv Faiq Abdullayevdir.

Komitənin sədri əvvəlki kimi Şadiyyə Amanova, digər üzvü isə Famil Kərimovdur.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 milyon manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı), 0,18%-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031