“AFB Bank” maliyyə göstəricilərini AÇIQLADI

“AFB Bank” maliyyə göstəricilərini AÇIQLADI
"AFB Bank” 2019-cu ilin 1-ci rübünü 111 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,8 dəfə azdır. "AFB Bank” ASC 2018-ci ilin 1-ci rübünü 5 milyon 191 min manat xalis mənfəət ilə başa vurmuşdu. 

"AFB Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 373 milyon 531 min manat təşkil edib. Bankın maliyyə hesabatına görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 19,9% azdır.

"AFB Bank”ın aktivlərinin 162 milyon 820 min manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 4,9% kiçilib.

Hesabat dövründə "AFB Bank”ın cəmi öhdəlikləri 27,6% azalaraq 285 milyon 480 min manata, o cümlədən depozit portfeli 35,4% azalaraq 161 milyon 69 min manata düşüb, Bankın cəmi kapitalı isə 22,4% artaraq 88,05 milyon manata çatıb.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70 milyon 394 min manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı), 0,18%-i Tahir Cəmil oğlu Muradova ("Gilan Holdinq"in İH-nin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

OXŞAR XƏBƏRLƏR

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...