Adnan Oktar həbsxanadan Ərdoğana məktub yazdı: \"Xahiş edirəm...\"

Adnan Oktar həbsxanadan Ərdoğana məktub yazdı: \
Cinayətkar qruplaşma yaratmaq və cinsi istismarda ittiham olunaraq həbs olunan Adnan Oktar cəza çəkdiyi Ədirnə həbsxanasından Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktubla müraciət edərək, ondan kömək istəyib.

O, bir zamanlar Əroğanın da 4 ay qaldığı Pınarhisar həbsxanasında vəziyyətin acınacaqlı olduğunu qeyd edib. Oktar orada 40 min məhkumun ayrı yatağı olmadığını və bu səbəbdən də 80 min məhkumun eyni yatağı paylaşmaq məcburiyyətində qaldığını yazıb. Həmçinin həbsxanada gigiyena, isti su çatışmazlığının, isitmə sistemlərinin və yeməklərin keyfiyyətinin aşağı olduğunu bildirib.

Türkiyə prezidenti və Cumhur İttifaqına müraciət edən A.Oktar bu məsələlərə əncam çəkilməsi üçün kömək istəyib.

"Dünyaya nümunə və lider olmaq yolunda irəliləyən Türkiyəmizin hüquq sistemini aşağılamağı hədəfləyən tələni pozmaq və vətəndaşını dövlətdən küsdürmə oyununu dayandırmaq cənab prezidentimizin və Cumhur İttifaqının əlindədir. Möhtərəm prezidentimizin diqqətini həbsxanalardakı məzlum və buradakı çatışmazlıqlar səbəbindən pis vəziyyətdə olan vətəndaşlarımızdan əsirgəməyəcəyini və bu problemlərin təcili həll edilməsi üçün lazımi tapşırıqlar verməsini xahiş edirik".
///Qaynarinfo

OXŞAR XƏBƏRLƏR

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb...

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI - FOTO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub.   ...

"İranın nüvə bombası hazırlaya bilməsinə həftələr qalıb" - MAQATE rəsmisi

"İranın nüvə bombası hazırlamaq üçün kifayət qədər materiala malik olmasına aylar deyil, həftələr qalıb".   Sfera.az  xarici KİV-...

Degenerativ xəstəliklər nədir və həyati təhlükəsi varmı?

  Degenerativ sinir xəstəlikləri ciddi və ya həyati təhlükə yarada biləcək xətəliklərdir. Bu xəstəliklər balans, hərəkət, nitq, tənəffüs və ürək fu...

"Rusiya, Azərbaycan, Türkiyə və İran Qərbə qarşı birləşməlidir" - Korotçenko

"Ermənistanın Qərbin təsir platformasına çevrilməməsi üçün Cənubi Qafqaz ölkələri birgə məsləhətləşmə formatı yaratmalıdırlar". Sfera.az xəbər ve...