Adil Qeybulla ÜST-ə məktub yazdı: Bu dərmanlar Covid-19-u məhv edir

Adil Qeybulla ÜST-ə məktub yazdı: Bu dərmanlar Covid-19-u məhv edir
"Malyariya əleyhinə tətbiq olunan dərman preparatları koronavirusu məhv edir".

Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert Adil Qeybulla Fransada koronavirusa qarşı dərmanın uğurla sınaqdan keçməsi ilə bağlı məlumatı şərh edərkən deyib. 

Onun sözlərinə görə, bir antibiotik və bir antimalyariya preparatı qəbul etdikdə koronavirus tamamilə ölür:

"Bir zamanlar Hindistanda malyariya xəstəliyi geniş yayılanda onun dərmanları vardı. Həmin dərmanları xüsusi mayelərə qatırdılar ki, əhali onu içsin və malyariyaya yoluxmasın. Vəziyyət o dərəcədə ciddiydi. Həmin o malyariya xəstəliyinə qarşı işlədilən dərmanların belə vəziyyətlərdə effekt verdiyi müəyyən edilib. İlk dəfə bunu Cənubi Koreyada yoxladılar və sınaqdan keçirdilər ki, "hidroki-xlorakin" dərmanı koronavirusa qarşı effekt verir. Hətta ABŞ Prezidenti də öz çıxışında dedi ki, koronavirusun müalicəsində bir antibiotik və bir antimalyariya dərmanları - "hidroksi-xlorakin" və "azitromisin" bir yerdə qəbul etdikdə həm koronavirusu məhv edir, həm də xəstəni ağırlaşdırıcı vəziyyətdən çıxarır. Bu malyariya əleyhinə tətbiq olunan dərman preparatıdır".

Adil Qeybulla virusla bağlı Ümumdünya Səhiyyə Təşkliatına təkliflərini göndərdiyini bildirib:

"Virusun istiliyə davamlılığını  insan orqanizmində az olduğuna əsaslanaraq Ümumdünya Səhiyyə Təşkilatına yazmışam. Aprel ayının sonlarında virus ölməyə döğru gedəcək".

Qeyd edək ki, Fransada malyariyanın müalicəsində istifadə edilən dərman koronavirusun müalicəsində uğurla sınaqdan keçib.  
 
Sfera.az


OXŞAR XƏBƏRLƏR