Adı rüşvət qalmaqalında hallanan məşhurumuz dünyasını DƏYİŞDİ - FOTO
11:51 / 25.09.2017
5601
Bakı şəhər 5 saylı Kliniki Xəstəxanasının baş həkimi Ziya Əsədov dünyasın dəyişib.
Sfera.az xəbər verir ki, yaxınlarının Unikal.org-a verdiyi məlumata görə, baş həkim bu gün səhər saat 7:00 radələrində evində ürək tutmasından vəfat edib.
Vida mərasimi "Təzəpir” məscidində keçiriləcək.
Xatırladaq ki, mərhum xalq şairi Bəxtiyar Vahabzadənin kürəkəni olan baş həkim Ziya Əsədovun adı ötən il rüşvət qalmaqalında da hallanmışdı. (Qalmaqal haqqında buradan oxuyun)