Adı qumarda hallanan Vüsalə: \"İyrənc yolla milyonlar qazanmışam\"

Adı qumarda hallanan Vüsalə: \
 

Aparıcı Vüsalə Əlizadə mediada onun haqda qumardan külli miqdarda pul qazanması və insanları buna təşviq etməsi barədə çıxan reklam materialları barədə sərt fikirlər bildirib. 

Sfera.az xəbər verir ki,  aparıcı həmin media orqanlarını məhkəməyə verəcəyini qeyd edib: "İki gündür bu iyrənc xəbəri məndən soruşan dost-tanış, qohum-qonşu, həmkarlarım məni şok etdilər. Mənim bu işdən xəbərim yoxdur. Qazanacağım pul reklam müqabilində olsa belə, bu iyrənc yola əl atmaram, bunu kim edib hələ bilmirəm. Amma vəkilimin şikayəti ilə polis orqanları bu işə artıq nəzarət edir.

Bunu edən qürursuz bilir ki, Vüsalə Əlizadə Azərbaycan məşhurları arasında hörmətli və insanların güvəndiyi, etimad etdiyi və hər xəbərinə maraq göstərilən insanlardandır. Elə ona görə də bu rəzilliyi edib, adımla insanları aldadır ki, guya mən bu qumarabənzər iyrənc yolla milyonlar qazanmışam. Hələ insanlara da məsləhət görürəm. Qəzet və sayt rəhbərliyi bu rəzillikdən necə xəbərsizdir? Hakkersən nə zibilsən, səni tapıb üzünə tüpürəcəyəm, gözlə. İnsanları aldatmaq, başqasına böhtan atıb adından sui-istifadə edərək pul mənimsəmək nə ilə nəticələnəcək görəcəksən. Xahiş edirəm, bu iyrənc oyunlara inanmayın. Mənə bu işin heç bir aidiyyəti yoxdur”.

Aparıcı daha sonra bu sözləri əlavə edib: "Sən demə, bəxtəvər olmuşuq, bir qoyub min götürürük. Allah bəlasını versin. O buz kimi studiyalarda, dözülməz işıqların altında xəstə, sağlam halıma baxmadan tökdüyüm təri şərəfsiz, alçağa halal etməyəcəm. Axtarışdadır az qalıb”. (sia)


OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur əyləncə mərkəzi YANIR - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntülə...

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - 2 - FOTO

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.   DİN-in mətbuat xidmətindən Sfera.az...

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...