Adı “Forbes”un siyahısında olan milyonçunun evi soyuldu

Adı “Forbes”un siyahısında olan milyonçunun evi soyuldu
Moskvada adı "Forbes”un siyahısında olan milyonçu Dmitri Konovun evi qarət edilib.

Virtualaz.org RİA "Novosti”yə istinadən xəbər verir ki, dünən Konov polisə ərizə ilə müraciət edərək, mənzilindən qızıl-zinət əşyalarının oğurlandıını bildirib. Ərizəçinin sözlərinə görə, oğurluq hadisəsi Yeni il bayramı günlərində baş verə bilərdi. Hadisə ilə bağlı araşdırma aparılır.

Dmitri Konov Rusiyanın ən iri neft-kimya şirkəti sayılan "Sibur Holdinq”in İdarə Heyətinin sədridir. Sahibkar rusiyalı varlıların siyahısında 194-cü yeri tutur. "Forbes” nəşri 2018-ci ildə onun varidatını 500 milyon dollar həcmində qiymətləndirib.

OXŞAR XƏBƏRLƏR