Ağdaş QORXU İÇİNDƏ: həyətlərdə qəribə məxluqlar dolaşır

Ağdaş QORXU İÇİNDƏ: həyətlərdə qəribə məxluqlar dolaşır

Ağdaşın Qoşaqovaq kəndində qəribə hadisə müşahidə edilir.

 

Sfera.az xəbər verir ki, Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, artıq bir aydan çoxdur ki, həyətlərdə 2-3 qəribə məxluq gəzir.

 

Sakinlər iddia edirlər ki, ağacların arasında gəzən bu varlıqların əlində telefona bənzəyən nəsə və siqaret olur. İnsanlar onlara yaxınlaşanda isə məxluqlar qaçırlar. Həmin məxluqların başında papaq var, boyları təxminən 1 metr 90 sm uzunluğundadır. Daha bir özəllikləri onlardan çox pis qoxunun gəlməsidir. Bu elə pis qoxudur ki, keçdiyi həyətlərə yayılır, heç itlər belə onlara yaxın dura bilmir. Bu məxluqlar evlərdən oğurluq etmir, sadəcə həyətlərdə gəzir. Əvvəl kənd sakinləri bunu kiminsə uydurduğu əhvalat sanıblar. Amma  sonra özləri də gördükdə inanmağa başlayıblar.

 

Son günlər isə bu məxluqları daha tez-tez peyda olmağa başlayıb və onları hər gün görənlər var. Hətta onlar bir nəfərin evinin həyətini belə qazırmışlar. Ev sahibi kömək üçün qohumlarına zəng edib. Bu zaman həmin məxluqlar evin qapı-pəncərələrini daşlamağa başlayıblar. Sakinlərin sözlərinə görə, bu məxluqlar onlar haqqında söyüş söyənlərin evinə, həyətinə daş atır.

 

İnsanlar dəfələrlə onları tutmaq üçün qovalasalar da, bu məxluqlar adamların keçə bilmədikləri tikanlıqlar, hündür hasarların üstündən asanlıqla keçib qaçırlar.

 

Qoşaqovaq kəndinin sakinləri qorxu içindədir. Sakinlərin sözlərinə görə, artıq heç kim qaranlıq düşəndə həyətə çıxmır.

 

Olayla bağlı polisə də məlumat verilib. Lakin polis belə həmin məxluqları tuta bilməyib.

 

Qeyd edək ki, bir müddət əvvəl oxşar hadisə rayonun Şəkili kəndində də baş verib.


OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...