Maraqlı

Adamları xaç suyuna çəkən keşiş timsaha yem oldu

Adamları xaç suyuna çəkən keşiş timsaha yem oldu
Efiopiyanın cənubunda yerləşən bir qəsəbədə qəflətən göldən çıxan timsah göl kənarında dindarları xaç suyuna çəkən keşişi yeyib.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, timsah Doço Eşete adlı keşişin ayağını, ombasını və əllərini dişləyib. Hadisə 80 nəfərin gözü qarşısında baş verib.

"Keşiş bir nəfəri xaç suyuna çəkdi. İkinci adam keçərkən timsah birdən tullanaraq göldən çıxdı və onu tutdu” – Ketema Kairo adlı şahid deyib.

Timsahın qapdığı keşiş bütün cəhdlərə baxmayaraq, xilas edilə bilməyib. Timsahın keşişin cəsədini gölə dartmaq cəhdinin qarşısı isə suya atılan balıq torları ilə alınıb.

Hadisənin baş verdiyi Abaya gölü ətrafında yaşayan sakinlər balıqçılıq üzündən timsahların yem ehtiyatlarının azaldığını, tez-tez göldən çıxmalarını müşahidə etdiklərini deyib.


AdRiver
loading...

XƏBƏR LENTİ