“Adamın ağlamağı gəlir…” – Aqil Abbas paytaxtdakı ağac qətliamından danışdı

“Adamın ağlamağı gəlir…” – Aqil Abbas paytaxtdakı ağac qətliamından danışdı


Xəbər verildiyi kimi Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ictimaiyyətdə ciddi narazılığa səbəb olub.

 

Bildirək ki, mayın 3-dən 4-nə keçən gecə adıçəkilən ünvanda bir neçə binada işıqlar söndürülüb. Elektrik enerjisinin verilməsi bərpa olunduqdan sonra isə məlum olub ki, ərazidəki yaşıllıq sahəsində 130 ağac kəsilib. İnsanlar ağacların kəsilməsinin qarşısını almaq üçün əraziyə yığışaraq etiraz ediblər. Artıq iki gecədir ki, sakinlər yaşıllıq sahəsində keşik çəkirlər.

 

Millət vəkili Aqil Abbas mövzu ilə bağlı sfera.az-a verdiyi açıqlamasında baş verənləri belə dəyərləndirib: "Hansısa tikitiyə rəsmi icazə verilərkən ərazi öyrənilməlidir. Belə olarsa biz yaşıllıq zolaqlarının tikinti səbəbilə kütləvi qırılmasına şahidlik etmərik. Hesab edirəm ki, bu məsələyə xüsusi diqqət göstərilməlidir”.


Millət vəkili ağacların canlı olduğunu önə çəkərək yaşıllıqların məhvini ürəkağrısı ilə qarşıladığını deyib: "Mənim həyətyanı sahəm var. Bakı torpağında 5 ildən bir ağaclar quruyur. O ağac quruyanda adamın ağlamağı gəlir. Leyla Əliyevanın başlatdığı "hərəyə bir ağac əkək” kampaniyası var. Ekologiya Nazirliyi Bakıdan Şamaxıya, Kürdəmirə gedən yolda yaşıllıqlar salıb. Bu tədbirləri alqışlayıram, hesab edirəm ki bu yöndəki tədbirlər kütləviləşməli və davam etdirilməlidir”.

 

OXŞAR XƏBƏRLƏR