“Adamım yoxdur deyə, 25 nəfərin ölümünü mənim üstümə yıxırlar”- Yanğında ittiham olunan

“Adamım yoxdur deyə, 25 nəfərin ölümünü mənim üstümə yıxırlar”- Yanğında ittiham olunan
Respublika Narkoloji Mərkəzində 25 nəfərin ölümünə, daha 29-nun xəsarət almasına səbəb olan yanğınla bağlı məhkəmə araşdırmaları başa çatmaq üzrədir.

Bu hadisəyə görə dörd nəfər təqsirləndirilən şəxs kimi məhkəmə qarşısına çıxarılsa da, onlardan ancaq biri – Məhəmməd Məmmədov yanğını törətməkdə ittiham olunur. 64 yaşlı Məhəmməd Məmmədov isə 8 aydır davam edən məhkəmənin ilk günündən yanğını törətmədiyini, həbs olunarkən təzyiqə məruz qaldığına görə etirafedici ifadəyə imza atdığını bildirir.

İttihama əsasən, spirtli içki aludəçisi olan Məhəmməd Məmmədovu oğlu Vahid rüşvət verərək illərdir Narkoloji Mərkəzdə saxlatdırıb. O, vaxtaşırı evə buraxılsa da, bir müddət sonra oğlu yenidən onu Mərkəzə yerləşdirirmiş. Sonuncu dəfə ötən il martın 1-də Məhəmməd Məmmədovun orada saxlanma müddəti başa çatsa da, tibb bacısından öyrənib ki, vaxtı yenə uzadılıb. Bundan əsəbiləşən Məhəmməd Məmmədov martın 2-də səhər saat 6 radələrində intihar etmək məqsədilə üstündəki yorğanı yandırıb. Ancaq dərhal da fikrindən daşınıb və yorğanı yerə atıb. Nəticədə alov ətrafı bürüyüb və bütün korpus yanıb.

Məhəmməd Məmmədov isə ittihamda yazılanları təkzib edir və yalan olduğunu bildirir.

Martın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə istintaqının başa çatdığı elan olunub. Aprelin 2-də keçiriləcək növbəti məhkəmə iclasında prokuror çıxış edəcək.

Təqsirləndirilən Məhəmməd Məmmədov isə bir daha hakimlərə müraciət edərək, günahsız olduğunu bildirib. Məhkəmədə ağlayaraq danışan Məhəmməd Məmmədov bildirib ki, kimsəsiz olduğuna görə onu qurban seçib, törətmədiyi əməli onun boynuna qoyublar: "Möhtərəm hakim, sizə yalvarıram, məni bu bəladan qurtarın. Hamı bilir ki, bunu mən eləməmişəm. Kimsə günahkar olmalıdır, adamım olmadığına görə məni seçiblər. Mən Mərkəzdə olanda bütün günü həyətdə "svarka”, başqa təmir işlərini görürdüm. Baş həkim də Allah şahididir. 54 xəstənin işi mənə tapşırılmışdı. İndi necə oldu ki, mən təhlükəli adam oldum? Orada bir nəfərlə də problemim, söz-söhbətim olmayıb. Allah da bu ədalətsizliyi götürməz. Mənim adamım yoxdur, kimsəsizəm deyə, 25 nəfərin ölümünü mənim üstümə yıxırlar”.

Bu hadisəyə görə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan digər üç nəfərdən biri Mərkəzin keçmiş direktoru Telman Məmmədhəsənov, təsərrüfat məsələləri üzrə direktor müavini Mahir Abdullayev və Məhəmməd Məmmədovun müalicə həkimi olmuş Afət Məmmədovadır.

Afət Məmmədova həbsdə deyil, o, Məhəmməd Məmmədovun oğlundan rüşvət alıb onu davamlı orada saxlamaqda ittiham olunur. Mərkəzin sabiq direktoru və müavini isə vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə təqsirləndirilir.

Onların heç biri özünü təqsirli bilmir.

Bu hadisədən sonra Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərov da həbs olunmuşdu. O, səhhətindəki problemlərlə əlaqədar sentyabrın 28-də vəfat etdi.

OXŞAR XƏBƏRLƏR

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...