Ağdamda vəziyyət necədir? (AÇIQLAMA)

Ağdamda vəziyyət necədir? (AÇIQLAMA)

 Ağdam rayonunda noyabrın 17-də baş verən zəlzələ nəticəsində bəzi evlərdə çatlar yaranıb. 

Bu barədə "Report"un Qarabağ bürosuna Ağdam Rayon İcra Hakimiyyəti başcısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Əliyev məlumat verib. 

Onun sözlərinə görə, təbii fəlakətlə bağlı Ağdam rayon Fövqəladə Hallar Komissiyası tərəfindən işçi qrupu yaradılıb: "Hazırda komissiya üzvləri yaşayış məntəqələrində araşdırmalar aparırlar. Dağıntı və tələfat qeydə alınmasa da, ancaq bəzi evlərə ziyan dəyib".

Qeyd edək ki, AMEA-nın Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, yerli vaxtla saat 17:27-də Ağdam ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Zəlzələnin maqnitudası 4.7, dərinlik 25 km olub.
 
Sfera.az

DİGƏR XƏBƏRLƏR