Ağdamda 2 nəfər qidadan zəhərlənib

Ağdamda 2 nəfər qidadan zəhərlənib
 

Ağdamda 2 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.  

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Baharlı qəsəbəsində baş verib. Qəsəbə sakinləri - 1987-ci il təvəllüdlü Tahir Abdullayev və 2009-cu il təvəllüdlü Camal Qasımovun nahar etdikdən sonra səhhətləri pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. T.Abdullayev və C.Qasımov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Yaxınlarının APA-ya verdiyi məlumata görə, dükandan alınan yumurtanı yedikdən sonra T.Abdullayev və C.Qasımovun səhhəti pisləşib.  

 

OXŞAR XƏBƏRLƏR