Adam öldürməkdə şübhəli bilinən aktyor itkin düşdü

Adam öldürməkdə şübhəli bilinən aktyor itkin düşdü

"Sezar" mükafatı laureatı, aktyor Jerald Tomassen Fransada itkin düşüb.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, polis onun oğurlanması ilə əlaqədar cinayət işi açıb.

Sonuncu dəfə 45 yaşlı Tomasseni avqustun 28-də Roşfor şəhərində qatara minərkən görüblər. Poçt əməkdaşını öldürməkdə şübhəli bilinən şəxslərdən biri olan aktyor ertəsi gün Lionda üzləşdirmədə iştirak etməli imiş. Onun qardaşı Jeromun sözlərinə görə, Jerald şübhələrin üzərindən götürülməsi üçün üzləşdirməni səbrsizliklə gözləyirmiş. Bir neçə gündən sonra Tomassenin vəkilləri prokurorluğa onun yoxa çıxması haqda məlumat verib.

La-Roşelin prokuroru Loran Suşovits aktyorun itkin düşməsi ilə bağlı cinayət işinin açıldığını təsdiqləyib.

Qeyd edək ki, Tomassen kinoda debütünü 1990-cı ildə "Balaca cinayətkar" filmində edib. O, bu filmə görə "Sezar" mükafatına layiq görülüb. Alkoqollu içki və narkotikə qurşanan aktyorun gələcək karyerası məhv olub.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...