\"ADAM\" filminin möhtəşəm qala gecəsi keçirilib

\

"Nizami Kino Mərkəzi"ndə "Alioglu Media Group"un istehsal etdiyi "ADAM" filminin möhtəşəm qala gecəsi keçirilib.

Sfera.az milli az-a istinadən xəbər verir ki, Filmin premyerası çox böyük marağa səbəb olub, çünki Azərbaycanda ilk dəfə olaraq tam fərqli formada film ekran üzü görüb və qala gecəsi tam fərqli formada keçirilib.

Ssenaristləri Amil Əlioğlu və Sadiq Nasirov olan film qorxu, triller janrındadır.

Tamaşaçıların bildirdiyi fikrə görə film xarici filmləri xatırlatdı. Hətda filmi izlədikləri zaman halı pisləşənlərdə olub. Tədbir yüksək səviyyədə təşkil edilmişdir. Şou proqram təşkil edilərək, "Elin Kursu"nun tələbələri möhtəşəm performans göstərmişlər. Pop-rok ifaçısı Vlada Axundova, Kubalı müğənni Yanssel Kasteloni ve qala gecənin acılışında Azerbaycan Dövlət Akademik Musiqili Teatrin peşəkar rəqqaslari-balet artistleri Əliyeva Rəbiyyə, Əsgərova Aynurə, Mehrəlizadə Röya, Abdullayev Məhəmməd. Aparıcılar - İctimai radionun aparicisi Gülruh Nəcəfova və Atv TV-nin layihə rəhbəri və aparıcısı İlhan Özbay.

Təqdimatda bir sıra içtimayi və qeyri hökümət rəsmiləri, qazilər, tanınmış incəsənət xadimləri, media nümayəndələri iştirak etmişdilər. Ailə zorakılığına qarşı çıxmasaq, uşaqların yaşına aid olmayan işlərdən çəkindirməsək, yarana biləcək fəsadların nəticəsi, filmin əsas süjet xətdidir. 
Filmin quruluşçu rejissoru və layihə rəhbəri Amil Əlioglu qeyd edib ki, "Adamı adamlıqdan çıxardan adamdır" bu filmin başlıca sloqanıdır: "Uşaqların gözü qarşısında az da olsa zorakılıq görməsinə səbəb olsaq, cəmiyyət üçün cinayətkar və psixopat "ADAM" böyüməsinə səbəb ola bilərik".
Sonda zaldakı taçaşaçılar filmin yaradıcı kollektivini ayaq üstə alqışlamaları, uğurlu işin bariz nümunəsi olmuşdur. 

Quruluşçu rejissoru: Amil Əlioglu
Quruluşçu operator: Mətləb Yaquboğlu
Quruluşçu rəssam və protexnik: Amil Əlioglu
Montaj rejissoru: Firdovsi A. Nəbiyev
Rejissor: İbrahim Əbilov
Rej. Asistenti: Xanim Sadiqova
Qrim: Şəfa Cabbarova
İşıqçı: Məhəmmədəli Aslanov
Bəstəkar: İffət Əsgərov
Mix master: Mahir Ordubadi İbrahimov
Təşkilatçı və piar menecer: Lalə Qəzənfər
Təşkilətçı: Elşən Əliyev

 

Ekran işində Amil Əlioğlu, Mehriban Quliyeva, Rəşad Səfərov, Zülfiyyə Məmmədova, Lena Xosrovova, Arzu Abdulova, Murad Abdullayev, Elvina Atakişiyeva, Elvin Ağayev, İbrahim Əbilov, Gülnar Məmmədova və başqaları rol alıb.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az


OXŞAR XƏBƏRLƏR

"Mən itirdikcə qazandım" - Oksana

"İnsan itirdikcə qazanır... Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona... Ü...

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.    Sfera.az-ın məlumatına görə, hadisə bu...

Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"yə qalib gələrək finala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, yarımfinalın cavab matçında "Qarabağ" "Ne...

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...