“Adam bu qədər əmlakını qoyub xaricə qaçar?” - Hacı İbrahim

“Adam bu qədər əmlakını qoyub xaricə qaçar?” -  Hacı İbrahim

Hacı İbrahim Nehrəmli xaricə qaçış planı hazırlaması haqda yayılan məlumatlara reaksiya verib.

Sfera.az xəbər verir ki, o modern.az saytına açıqlamasında yayılan xəbərin doğru olmadığını deyib: “Mən bir çox mətbuat orqanlarını özümə yaxın buraxmıram, açıqlama vermirəm. Ona görə də ağıllarına gələni yazırlar. Bunu yazmaqla məni şantaj etdiklərini düşünürlər. Mən bunların heç birinə fikir vermirəm”.
Hacı İbrahim Nehrəmli “Doğurdanmı Azərbaycandan getmək fikriniz var” sualını “qətiyyən ola bilməz” deyə cavablandırıb: “Malik olduğum hər şey Azərbaycandadır. Məgər adam bu qədər əmlakını qoyub xaricə gedərmi? Mənim xaricdə nəyim var ki?!”.

Qeyd edək ki, “Avesta Konserni”nin prezidenti Hacı İbrahim Nehrəmli ilə Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Cian Cun arasında ilkin olaraq 3 milyard dollarlıq müqavilə imzalandığı haqda məlumat yayılıb. İddia olunur ki, bu açıqlama Hacı İbrahimin Azərbaycandan çıxışını təmin etmək üçün atılmış addımdır.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankına borcu olan digər kredit oliqarxları kimi “Avesta Konserni” MMC-nin prezidenti Hacı İbrahim Nehrəmlinin də ölkədən çıxışı məhdudlaşdırılıb.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

“WhatsApp” internet olmadan istifadə edilə biləcək.   Sfera.az “WABetaInfo”ya istinadən xəbər verir ki, istifadəçilər interne...

Məhkəmə Ələsgər Məmmədli barədə qərar QƏBUL ETDİ

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.   Sfera.az xəbər ver...

Azərbaycan - Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib - Millət vəkili yazır…

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri bir çox ölkələrin, o cümlədən Ermənistanın mediasında geniş şərh olundu. Əslində ...

Prezidentdən Allahverən İsmayılov ilə bağlı SƏRƏNCAM

Allahverən İsmayılov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərə...

Bank BTB-də nə baş verir? Rəhbər işçilər bir-bir bankı tərk edir

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir.    Sfera.az xəbər verir ki, “Yeni Sabah”ın məlumatına görə, bu dəf...