Ad günündə özünü güllələdi - Şabranda
12:57 / 13.03.2018
2808
Şabran rayonunda intihar faktı qeydə alınıb.
Sfera.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Gəndob kəndində baş verib. Kənd sakini, 1993-cü il təvəllüdlü İbrahimov Müşfiq Mənsur oğlu doğum gününü qeyd etdikdən sonra özünü ov tüfəngi ilə vuraraq öldürüb.
Faktla bağlı araşdırmalar aparılır.