Acun Ilıcalı: Ayda nə qədər pul qazandığımı bilmirəm - VİDEO

Acun Ilıcalı: Ayda nə qədər pul qazandığımı bilmirəm - VİDEO

"TV8”in sahibi, prodüser və aparıcı Acun Ilıcalı aylıq qazancı ilə bağlı ilk dəfə maraqlı açıqlamalar verib.

Sfera.az xəbər verir ki, "YouTube” vloqeri Oğuzhan Uğurun qonağı olan Acun pulsuz xoşbəxt olduğunu bildirib: 

"Tam səmimiyyətimlə deyirəm ki, pul ilə olan bağlantımı çoxdan kəsmişəm. İnanın ki, nə qədər pul qazandığımı belə, bilmirəm. Bunun da yalnız bir səbəbi var. Çünki yeddi ölkədə layihə həyata keçirirəm. Bu qədər iş olduğu zaman pulumun miqdarını necə hesablayım?

Hesab edirəm ki, pul ilə xoşbəxt olmaq mümkün deyil. Pulsuz da bu hissi yaşamaq mümkündür. Mən ac və pulsuz olduğum zamanlarda da xoşbəxt idim. Müxbir kimi ilk maaşım 100 dollar idi. İnanın ki, o pul heç özümə belə qalmırdı. Müxbir olub sonradan kanal alan yeganə insan mənəm. Uğurum düzgün insanlarla işləməyimdir”.

"Layihələriniz heç oğurlandımı?” sualına kanal rəhbəri maraqlı cavab verib:

"Hər bir ölkəyə uyğun işlər görürük. Seçdiyimiz layihələri Türkiyə və digər ölkələrə görə tətbiq edirik. İndiyə kimi yalnız Türkiyədə layihəmiz oğurlandı (gülür)”. / oxu.az

 


OXŞAR XƏBƏRLƏR

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...