Açıq-saçıq model, uğursuz aktrisa… - ABŞ-ın birinci ledisi

Açıq-saçıq model, uğursuz aktrisa… - ABŞ-ın birinci ledisi

Son günlərin əsas qəhrəmanı, şübhəsiz ki, ABŞ Prezidenti Donald Trampdır. Lakin bu ölkənin birinci xanımı Melaniya Tramp da az diqqət mərkəzində deyil. Kimsə Melaniya Trampa rəğbət bəsləyir, kimsə şübhə ilə yanaşır, bəziləri isə ona, ümumiyyətlə, nifrət edir.

Enter.News xəbər verir ki, Melaniya Knavs (qızlıq soyadı) 26 aprel 1970-ci ildə Sloveniyanın Sevnitsa şəhərində anadan olub.

Onun atası avtosalonda direktor işləyib, anası isə uşaq geyimləri istehsal edən şirkətdə dərzi kimi fəaliyyət göstərib.

16 yaşında Melaniya memarlıq və dizayn fakültəsinə daxil olub, lakin elə birinci kursdan sonra da öz təhsilini yarımçıq qoyaraq model karyerasını seçib.

Seçimində yanılmayıb: Milana gəldikdən sonra praktiki olaraq bütün dəbli moda nümayişlərində çıxış edib. Çox keçmədən o təkcə İtaliyada deyil, Fransada da məşhurluq qazanıb. Çılpaq pozlar verməkdən çəkinməyən model qısa müddət ərzində bütün dəbdə olan jurnalların üz qabığı üçün çəkilməyə və böyük məşhurluq qazanmağa başlayıb.

O, beş dil bilir: sloven, serb, ingilis, fransız və alman. ABŞ-ın birinci xanımı özünü aktrisa kimi də yoxlayıb, amma epizodik rolları ona uğur gətirmədiyindən bu istiqamətdə fəaliyyətini tez bir zamanda dayandırıb.

İtaliyadakı karyerası süstləşəndə Melaniya ABŞ-a köçüb, Paolo Zambollinin agentliyi ilə müqavilə bağlayıb. Bu agentliyin öz prodüserlərini, modellərini və fotoqraflarını tez-tez göndərdiyi zənginlərin tədbirlərindən birində Melaniya Donald Trampla tanış olub.

Bu hadisə 1998-ci ilin sentyabr ayında baş verib. Trampın onda 52, modelin isə 28 yaşı var idi. Melaniya o günü belə xatırlayır:

"Məndən telefon nömrəmi istədi. Kim olduğu, nə işlə məşğul olduğu haqda o qədər də məlumatım yox idi. Nömrəmi vermədim, əvəzində onun nömrəsini aldım. Bir həftə gözlətdikdən sonra ona zəng etdim…”

2004-cü ildə Donaldla Melaniya nişanlanıb. Tramp ona 1,5 milyon dəyərində olan 12 karatlıq brilyant üzük hədiyyə edib.

2005-ci ildə baş tutan toya Hillari və Bill Klintonlar da dəvət edilib. Gəlinin 100 min dollar qiymətində olan möhtəşəm gəlinliyini təkcə qonaqlar deyil, həm də "Voq” (Voque) jurnalını alanlar da görüb. Melaniya bu buraxılışda sözügedən jurnalın üz qabığını öz gəlinliyi ilə bəzəmişdi.

2006-cı ilin martında Melaniya ilə Trampın oğlu olub. Melaniya oğlu Berron haqda belə danışır:

"Berron 11 yaşın içində olmasına baxmayaraq, atasına çox oxşayır. O, ciddi kostyumlar geyinməyi, qolf oynamağı, əmrlər verməyi çox sevir. Tez-tez qulluqçuları və baxıcıları qovsa da, sonra yenidən öz işinə qaytarır”.

Melaniya bir çox məsələlərdə öz həyat yoldaşının fikirlərini dəstəkləyir. Özünün dediyinə görə, o, həm də Trampa siyasi qərarlar verməkdə də yardımçı olur.

2005-ci ildən 2009-cu ilədək Melaniya Amerika Qızıl Xaç Komitəsinin xoşməramlı səfiri kimi fəaliyyət göstərib.


OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarıldı - FOTO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...