AccessBank uşaqların səsinə səs verdi! -FOTOLAR
AccessBank 1 iyun -
Uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunan konsert təşkil edib.
Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin azyaşlı tələbələri və
"Uşaqların Sağlam Gələcəyi" İctimai Birliyində reabilitasiya keçən
xüsusi qayğıya ehtiyacı olan uşaqlar eyni səhnəni paylaşıb.
Olduqca böyük maraqla qarşılanan konsertin keçirildiyi Dövlət Akademik
filarmoniyasının Kamera və orqan musiqisi zalında boş yer yox idi. Tamaşaçılar
arasında tanınmış incəsənət xadimləri, ictimaiyyət və media nümayəndələri də
yer almışdı.
AccessBank-ın Marketinq və Korporativ bankçılıq icraçı direktoru Günay Cəlilova:"Ənənəvi olaraq, AccessBank Beynəlxalq uşaqların müdafiəsi günündə
balacaları sevindirdi. Bu layihənin reallaşdırmasında əsas məqsədimiz xüsusi
qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasına az da olsa dəstək
olmaq idi. İnanıram ki, bu cür layihələri sayı çox olduqca, daha sağlam və gözəl
gələcəyə nail ola biləcəyik. Konsertin həyata keçirilməsində bizə verdiyi dəstək
üçün Fidan xanım Hacıyevaya xüsusi təşəkkür edirik. AccessBank
olaraq uşaqların səsinə səs verməkdən qürur duyuruq".
Xalq artisti Fidan Hacıyeva: "İlk
növbədə bu gözəl təşəbbüsə görə AccessBank-a təşəkkür etmək istərdim. İnanıram ki, bu cür layihələrə digər təşkilatlar da
qoşulacaq və bu uşaqların cəmiyyətdə layiqli yerini tutması üçün dəstək olacaq.
Onlar bizim gələcəyimizdir və biz birgə sağlam və xoşbəxt gələcəyimiz üçün
çalışmalıyıq".